Ana 2 oğlunu boğub öldürdü

09 Oktyabr, 2019 15:10 | Hadisə | Baxış sayı: 165
Boğmaq
Boğmaq

Qatil qadın qətli cips yeməyə bənzədib

Altı uşaq anası 2 oğlunu sapla boğaraq öldürüb. Tükürpədici qətl İngiltərədə baş verib. 34 yaşlı Sara Barras digər övladlarını da öldürmək istəyib, lakin o əməlini sona çatdıra bilməyib. 

O, 14 və 13 yaşlarında oğlan oğullarını öz evində boğub. Maraqlıdır ki, Barrasvə birlikdə yaşadığı şəxs uşaqları əlbir olaraq öldürdüklərini etiraf ediblər. 

Qətldən öncə  Sara özünün "facebook" səhifəsində belə yazıb: "Qətl kartof cipsinə bənzəyir. Bir dəfə dadına baxsanız dayana bilmirsiz". 

İndi əli öz övladlarının qanına batan qadını ömürlük həbs cəzası gözləyir.