Almaniyada silahlı hücum, ölənlər var

09 Oktyabr, 2019 17:00 | Hadisə | Baxış sayı: 62
Almaniya polisi
Almaniya polisi

Yəhudi qəbristanlığına qumbara da atılıb

Almaniyanın Qalle şəhərində sinaqoqun yaxınlığında naməlum silahlı şəxs insanlara atəş açıb. "Bild" qəzetinin məlumatına görə, insident nəticəsində 2 nəfər ölüb.  Qəzetin yazdığına görə, yəhudi qəbristanlığına isə qumbara atılıb. 

Şəhər polisinin "Twitter"də verdiyi məlumata görə, silahlılar minumum 2 nəfər olublar.  Onlardan biri yaxalanıb. Hadisə rayonuna çox sayda polis cəlb edilib. Polis insanlardan ehtiyatlı olmalarını istəyib. 

Yerli jurnalistlərin məlumatına görə, Qalledən 15 km aralıda yerləşən Landsberq şəhərində də güllə səsləri eşidilib. Hadisənin təfərrüatları açıqlanmayıb. 

Qeyd edək ki, hücum yəhudilər üçün önəmli günlərdən birində - Yom Kipur bayramında baş verib.