Silah anbarında qorxudan partlayış

09 Oktyabr, 2018 12:09 | Hadisə | Baxış sayı: 101
Partlayış
Partlayış

Minlərlə insan evakuasiya edilib, yanan anbarda 88 min ton sursat var

Ukraynanın Çerniqov vilayətində hərbi anbarda gücülü yanağın baş verib. yerli mətbuatın məlumatına görə, yanan anbarlarda təxminən, 88 min ton sursatın olduğu bildirilir. 

Anbar ərazisində yanğın və müxtəlif intensivlikdə partlayışlar müşahidə olunur. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığında yerləşən hərbi anbarlarda partlayışın intensivliyi saniyədə 2-3 dəfədir.

Hələlik xəsarət alan və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Gecə saatlarında baş verən partlayış və yanğınlardan sonra ərazidən evakuasiya başlayıb. 12 minə yaxın insanın təxliyyə edildiyi bildirilir. 

Arsenalın ərazisi 682,6 hektardır.