Xaçmazda 20 yaşlı gənc dostunun boğazını kəsdi

09 Sentyabr, 2019 09:40 | Hadisə | Baxış sayı: 152
Yaralı
Yaralı

Yaralı əvvəl Xaçmaz, sonra Bakı xəstəxanasına aparılıb

Xaçmazda bıçaqlanma hadisəsi baş verib. İstiPress-in Şimal bürosunun məlumatına görə, iki gənc arasında şəxsi münasibətlər zəminundə baş verən bıçaqlanma birinin ağır yaralanması ilə nəticələnib.

Xaçmaz şəhər sakini, 20 yaşlı Nurlan Rzayevi 23 yaşlı dostu Əziz  Bəşirovu boğaz nahiyəsindən yaralayıb. Yaralı dərhal  Xaçmaz rayon mərkəzi xəstəxanasına,sonra isə Bakıdakı xəstəxanaların birinə aparılıb. Vəziyyətinin ağır olduğu deyilir.

Dostunu boğazından yaralayıb xəstəxanalıq etmiş Əziz Bəşirovu hadisə yerindən yayınsa da artıq polis tərəfindən saxlayıb. Fakta görə cinayət işi açılıb.