Van beşik kimi silkələndi

09 Sentyabr, 2019 15:30 | Hadisə | Baxış sayı: 108
Zəlzələ
Zəlzələ

Ərazidə böhran mərkəzi yaradılıb

Türkiyədə bu gün yenidən zəlzələ baş verib. Təkanlar Van şəhərində qeydə alınıb. Saray rayonunda qeydə alınan zəlzələnin gücü 4,3 bal olub.

Van Valisi Mehmet Emin Bilmezin sözlərinə görə, zəlzələ qısa müddətli təşvişə səbəb olub. Lakin hələlik dağıntı və təlafat barədə məlumat daxil olmayıb.

O, bidirib ki, təkanlardan dərhal sonra ərazidə böhran mərkəzi yaradılıb. Məqsəd hər hansı ziyanın dəyib-dəymədiyini öyrənməkdir.