Nazir rəisləri işdən çıxardı

09 Sentyabr, 2019 13:33 | Hadisə | Baxış sayı: 638
Vilayət Eyvazov
Vilayət Eyvazov

İki rəis və bir müavin sərəncama göndərilib

Daxili işlər naziri Vilayət Eyvazov bir neçə rəisi işdən çıxarıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, Xaçmaz polis şöbəsinin rəis müavini Amil Tahirli, cinayət axtarış bölməsinin rəisi Səxavət Abbasov, yol polisi bölməsinin rəisi Elşad Nəbiyev nazirin əmri ilə sərəncama göndəriliblər.

Nazir bir müddət öncə işdən çıxarılan Xaçmaz polis şöbəsinin rəisi Nofəl Məhərrəmovun yerinə təyinat haqqında əmr imzalayıb. Onu bu postda bir müddət əvvəl Xızı polis şöbəsinin rəisi kimi çalışan Həmid Həsənov əvəz edəcək. 

Xatırladaq ki, N.Məhərrəmov 2015-ci ildə Xaçmaz polis şöbəsinin rəisi təyin edilmişdi.

Yeni rəis təyinatından sonra Xaçmaz polis şöbəsində kompleks yoxlama aparıldığı bildirilir.