Azərbaycanda yol terroru - 2 günə 11 ölü

09 Sentyabr, 2019 11:27 | Hadisə | Baxış sayı: 51
Qəzaya uğrayan "Jiquli"
Qəzaya uğrayan "Jiquli"

Həftəsonu 53 nəfər saxlanılıb

Sentyabrın 7-dən 9-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 40 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.