Gəlin maşını qəzaya düşdü - Yaralananlar var

09 Sentyabr, 2018 14:43 | Hadisə | Baxış sayı: 87
Gəlin maşını
Gəlin maşını

Yaralılar xəstəxanaya aparılıb

Mingəçevir şəhərində içərisində toya hazırlaşan gəlinin də olduğu maşın qəzaya düşüb.

İstiPress-in məlumatına görə, Nəsimi və Nərimanov küçələrinin kəsişməsində “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə adları hələ ki, dəqiqləşdirilməyən minik avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıb.Yaralılar xəstəxanaya aparılıb.

Minik avtomobilində toya hazırlaşan şəhər sakinləri, o cümlədən gəlin olub. Xoşbəxtlikdən gəlin qəzadan xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır.