İntihara səbəb ailə münaqişəsi olub
Şabranın Padar kəndində intihar hadisəsi qeydə alınıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, kənd sakini ,31 yaşlı Səbuhi Hacıbaba oğlu İsimxanovun yaşadığı evin həyətindəki mal tövləsində asılmış meyiti tapılıb.
İki uşaq atası olan gəncin ölüm səbəbini aydınlaşdırmaq üçün rayon polis şöbəsi və prokurorluğunun əməkdaşları hadisə yerində olublar.
Səbuhi İsimxanovun özünü qəsd etməsinə səbəb kimi ailədaxili münaqişə göstərilir. Bu barədə onun atası polisə məlumat verib.
Faktla bağlı Şabran rayon prokurorluğunda CM-nin 125-ci-özünü öldürmə həddinə çatdırma maddəsilə cinayət işi açılıb.
Yük maşını ilə minik maşını toqquşdu
Hadisə İranın Saqqez şəhərində olub
Dəstə üzvləri Bakıdan və 3 rayondan olub
bağlı qalmış 11 cinayətin açılması təmin olunub