Avtomobillər toqquşdu - sərnişin öldü

09 Avqust, 2019 16:59 | Hadisə | Baxış sayı: 56
Təcili yardım maşını
Təcili yardım maşını

Sərnişin xəstəxanaya yerləşdirilib və orada ölüb

Bərdə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

İstiPress-in məlumatına görə, qəza avqustun 8-də saat 12 radələrində qeydə alınıb. 

E.Rəhimovun idarə etdiyi “Opel” və Ə.Kərimovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Kərimov, sərnişinləri D.Hüseynova və Yunis Həmidov xəstəxanaya yerləşdirilib. Y.Həmidov orada ölüb.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.