Avtomobil dərəyə yuvarlandı - 1 ölü

09 Avqust, 2019 20:55 | Hadisə | Baxış sayı: 83

Sürücü hadisə yerində keçinib

İsmayıllı rayonunda yol qəzası baş verib.

İstiPress-in məlumatına görə, hadisə İsmayıllı-İvanovka yolunda qeydə alınıb.

Belə ki, Göyçayın Şahsoltanlı kənd sakini, 1958-ci il təvəllüdlü Mahmudov Arzu Mahmud oğlu idarə etdiyi VAZ markalı minik avtomobili ilə İsmayıllı rayonunun İvanovka kəndindən rayon istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Yoldan çıxan avtomobil dərəyə yuvarlanıb. A.Mahmudov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.