Türkiyədə sel fəlakəti - bir gecədə 8 körpü dağıldı FOTOLAR

09 Avqust, 2018 09:16 | Hadisə | Baxış sayı: 103
Orduda sel
Orduda sel

Tonlarla fındıq dənizə axıb

Türkiyədə sel bir gecədə 8 körpünü sel dağıtdı. İstiPress-in Türkiyə mətbuataına istinadla verdiyi məlumata görə, Ordu şəhərində yağan güclü yağış şəhərə olduqca böyük ziyan vurub, yollar dağılıb, ağacları, körpüləri sel aparıb, evlərin divarları uçub, torpaq sürüşmələri yaşanıb.

Əhalinin əsas gəlir qaynağı olan fındıq bağları, qurumaq üçün saxlanılan tonlarla fındıq su səviyyəsinin qalxmasından sonra dənizə axıb.

Ordunun 7 bölgəsində 8 böyük körpü çöküb. Ona yaxın insan yaralanıb. Evlərində köməksiz qalanlar isə ekskavatorların köməyi ilə xilas ediliblər. Xoşbəxtlikdən itki qeydə alınmayıb. 

Ankara Böyükşəhər bələdiyyə başçısı Melih Gökçek də bir rayonda 8 körpünün eyni anda uaçmasına səssiz qalmayıb. "Mənim 8 körpünün necə uçmasını ağlım kəsmir. Bundan məsul olanlar cavab verməlidirlər. O körpülərin yoxlanması haqqında sənədlərin altında kimin imzası varsa  həm maddi, həm mənəvi hesabı verməldir". 

Prezident Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri və Təbii fəlakətlərin nəticələrini araşdırmaqdan məsul naziri hadisə yerinə ezam edib.