Şabranda piyadanı vurub qaçan əcnəbi sürücü tutuldu

09 Avqust, 2018 19:17 | Hadisə | Baxış sayı: 338
Mersedes Benz Astros 1841LS
Mersedes Benz Astros 1841LS

29 yaşlı gəncin ölümünə səbəb 71 yaşlı sürücü olub

Bakı-Quba yolinun 126,8-ci km-də-Şabran rayonu ərazisində piyadanı vurub qaçan Belarus vətəndaşı,  71 yaşlı Kuzmin Mixail  Azərbaycan-Rusiya sərhədini keçərək Bakıya mal aparırmış.

Bakıda -gömrükxanada saxlanılan Kuzmin Mixail avtoqəzanı idarə etdiyi "Mersedes Benz Astros 1841LS" markalı yük  avtomobili ilə törətdiyini etiraf edib, o, adam vurduğunu əvvəl bilmədiyini deyib.

Hadisə zamanı ölmüş 29 yaşlı, Şabranın Qorğan kənd sakini Rauf Hacıyevin gecə saatlarında  magistral yolda nə etdiyi məlum deyil. Onun bu zaman yolu keçdiyi ehtimal edilir. Məlumatı verən Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Azad Əliyev fakta görə cinayət işi açıldığını deyib.

11:56

Şabranda Bakı-Quba-Rusiya sərhədi yolunun 126,8-ci km-də naməlum kişi meyidi tapılıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, hadisə yerinə gələn Şabran polis şöbəsinin əməkdaşları meyitin kimliyini qısa vaxt ərzində müəyyən ediblər. Məlum olub ki, meyit rayonun Qorğan kənd sakini 29 yaşlı Rauf Hacıyevə məxsusdur.

Polis piyadanı vurub qaçan sürücünün kimliyini də dərhal aydınlaşdıra bilib. 29 yaşlı gənci avtomobillə vurub qaçan sürücü Belarus respublikasının vətəndaşı, Orşa şəhər sakini, 71 yaşlı Mikail Kuzmin Nikolayeviçdir. O, törətdiyi əməli etiraf edib.

İnsan ölümünə səbəb olmuş Belarus vətəndaşı Mikail Kuzmin Baş Dövlət YolPolisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsinə təhvil verilib. Cinayət işi açılıb.