Qardaşı arvadını bıçaqlayıb öldürdü - BAKIDA

09 Avqust, 2018 17:35 | Hadisə | Baxış sayı: 165
Qanlı bıçaq
Qanlı bıçaq

Bakıda qətl hadisəsi baş verib. İstiPress-in məlumatına görə, hadisə avqustun 8-də paytaxtın Xəzər rayonunda baş verib.

Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi, döngə 2, ev 26-da yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Əliəkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.