Polis və DTX əməliyyat keçirdi

09 Avqust, 2018 12:08 | Hadisə | Baxış sayı: 67
Silah-sursat
Silah-sursat

Silah sursat aşkar edilib

Polis və Dövlət Təhlükəsizlik Xidməti birgə əməliyyat keçirib. Əməliyyata nəticəsində silah-sursat aşkar edilərək götürülüb.

Belə ki, daxil olan əməliyyat məlumatı əsasında Astara Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə görülən tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış olub.

Bu zaman oradan 4 ədəd avtomat, 2 ədəd bıçaq, 1 ədəd patron darağı, əleyqaz və digər silah-sursat aşkar edilərək götürülüb.