Daha bir məşhur xərçəngə yoluxdu

09 Avqust, 2018 12:47 | Hadisə | Baxış sayı: 267
Əsma Əsəd
Əsma Əsəd

Bədxassəli şiş Əsədin süd vəzisində aşkarlanıb

Suriya dövlət başçısı Bəşər Əsədin həyat yoldaşı xərçəng xəstəliyinə tutulub. İstiPress-in məlumatına görə, bu barədə məlumata dövlət rəhbərinə aid "Twitter" hesabından elan edilib. 

Məlumatda qeyd edilir ki, Əsma Əsədin süd vəzisində erkən müşahidə edilən bədxassəli şiş aşkar edilib. Artıq müalicə başlayıb. Xəbərlə birlikdə Əsəd cütülüyünün müalicə zamanı çəkilən fotosu da paylaşılıb.

43 yaşlı Əsma Əsəd üç uşaq anasıdır. O, İngiltərədə doğulub, böyüyüb. 2000-ci ildə əslən göz həkimi olan, atasının ölümündən sonra onun yerində keçərək dövlət başçısı postunu tutan Bəşər Əsədlə ailə qurub. 

Suriyada vətəndaş müharibəsi başlayandan sonra o dəfələrlə ərinin yanında olduğunu, heç bir ölkəyə qaçmayacağını bəyan edib.