Bakıda maşın divara çırpıldı, ölənlər var

09 Avqust, 2018 10:13 | Hadisə | Baxış sayı: 80
Yaralı
Yaralı

İki gənci xəstəxanaya çatdırmaq mümkün olmayıb

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb. İstiPress-in "report"a istinadla verdiyi məlumata görə, 26 yaşlı Muradov Kamran Sabir oğlu Balaxanı qəsəbəsi ərazisində idarə etdiyi "Tofaş" markalı avtomobillə divara çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb.

Avtomobildə olan sərnişin 30 yaşlı Ziya Dövlətov və sürücü K.Muradov ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda onlar dünyasını dəyişib.

Hər iki meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xatırladaq ki, ancaq ötən gün ölkənin avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölmüş, 12 nəfər xəsarət alıb.