Bakı-Tbilisi qatarında qorxulu qəza - VİDEO

09 İyul, 2019 10:17 | Hadisə | Baxış sayı: 204
Bakı-Tbilisi qatarında qəza
Bakı-Tbilisi qatarında qəza

Sərnişinləri elektrik gərginliyindən xəsarət almasınlar deyə vaqonlardan çölə buraxmayıblar

Bu gecə qəzaya uğramış  Bakı-Tbilisi qatarında hərəkət bərpa olunub.

İstiPress-in məlumatına görə, hadisə Bakı - Tbilisi dəmiryolu xəttinin Hacıqabul və Kürdəmir rayonları arasından keçən hissəsində baş verib.

Qatar hərəkətdə olarkən üzərinə elektrik xətti düşüb. Bunun nəticəsində yanğın başlayıb. Qatarda olan sərnişinləri elektrik gərginliyindən xəsarət almasınlar deyə vaqonlardan çölə buraxmayıblar.

Səhər saatlarında  sərnişinlərdən biri məlumat verib ki, qəzanın ilkin nəticələri aradan qaldırıldıqdan sonra hərəkətə icazə verilib.

Əraziyə isə xüsusi təyinatlı qatar gəlib və təmir işləri davam etdirilib.