Azərbaycan xalçasını tanıdan amerikalıları gürcü çoban öldürüb

09 İyul, 2018 15:35 | Hadisə | Baxış sayı: 246
Rayan Smit ailəsi ilə birlikdə
Rayan Smit ailəsi ilə birlikdə

Qatil tutulub

Gürcüstanın Duşeti bölgəsinin Hada dərəsində meyitləri tapılan ABŞ vətəndaşı Rayn Smit və onun həyat yoldaşı Laura Smitin öldürüldüyü məlum olub.

İstiPress-in "apsny.ge"yə istinadən verdiyi məlumata görə, onları qətlə yetirən 19 yaşlı çoban olub və o saxlanılıb. İlkin ehtimallara görə, qatil əvvəlcə uşağın atasını öldürüb, sonra anasını şəlalədən aşağı atıb, sonda isə uşağı qətlə yetirib.

Qeyd edək ki, R.Smit Gürcüstanda “ReWoven” layihəsinin təsisçisi və rəhbəri olub. Layihənin əsas məqsədi Gürcüstanda Azərbaycan xalçaçılıq ənənələrinin bərpası və tanıdılması olub.

Rayn və Laura Smit, eləcə də cütlüyün 4 yaşlı oğlan övladı iyulun 6-da torpaq sürüşməsindən sonra yoxa çıxıb. Axtarışlar zamanı iyulun 7-də onların cəsədləri aşkarlanıb.