Maşın velosiped sürən uşağı vurdu

09 İyun, 2019 16:50 | Hadisə | Baxış sayı: 43
Velosiped qəzası (Arxiv)
Velosiped qəzası (Arxiv)

Qapalı kəllə-beyin travması alıb

Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Noxudlu kəndindən keçən hissəsində maşın balaca veliosipedçini vurub.

İstiPress-in "Virtualaz.org"un Şirvan bürosuna istinadən məlumatına görə, 2010- cu ildə anadan olmuş Rəhman Ehtiram oğlu Mustafayev yaşadıqları evin yaxınlığından keçən magistral yolda veliosiped sürərkən onu Astara rayon sakininin idarə etdiyi 99-MT-886 dövlət nömrə nişanlı “Mercedes-Vito” markalı avtomaşın vurub. Hadisə nəticəsində qapalı kəllə-beyin travması alan R.Mustafayev Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda uşağın vəziyyətinin orta-ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.