Bakıda toyda dava: xəsarət alan var

09 İyun, 2019 11:29 | Hadisə | Baxış sayı: 154
Təcili yardım maşını
Təcili yardım maşını

Gənc kişi ağır xəsarət alıb

Paytaxtda şadlıq sarayında dava olub.

İstiPress-in məlumatına görə, hadisə Binəqədi rayonunda, Süleyman Sani Axundov küçəsi, 84 ünvanında yerləşən "Oğuz Xan" şadlıq evində keçirilən toy mərasimində baş verib.

Hadisə zamanı 1980-ci il təvəllüdlü İbadov Əhmədağa Məmmədağa oğlu döyülərək ağır xəsarət alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.