Bakıda gənc kişi suya tullanan zaman öldü

09 İyun, 2019 10:58 | Hadisə | Baxış sayı: 198

İkinci mərtəbədən su hovuzuna tullanan zaman öldü

Abşeron sakini su hovuzunda çimərkən ehtiyatsızlıqdan aldığı xəsarət nəticəsində ölüb. Hadisə Novxanı qəsəbəsində baş verib.

İstiPress-in məlumatına görə, 1984-cü il təvəllüdlü Əhmədov Azad Albert oğlu Novxanı bağları massivindəki həyətyanı sahəsində, ikinci mərtəbədən su hovuzuna tullanan zaman başı hovuzun kənarına çırpılıb.

Yaralı 3 sayli Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.