Balaxanı yolunda hərəkət məhdudlaşdırıldı

09 İyun, 2017 11:54 | Hadisə | Baxış sayı: 64
Balaxanı yolu
Balaxanı yolu

"Azəravtoyol" bu barədə rəsmi məlumat yaydı

Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən İstiPress-ə verilən məlumata görə, qismən məhdudlaşma 2 gün ərzində qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.