"Qoca"nı həbsdən qaçıran azərbaycanlı müğənninin məhkəməsi oldu

09 Mart, 2018 16:10 | Hadisə | Baxış sayı: 468
Fədayə Laçın
Fədayə Laçın

Fədayə Laçının həbs müddəti uzadıldı

Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçının həbs müddəti uzadılıb. İstiPress-in APA-ya istinadla verdiyi məlumata görə, müğənni barədə həbs qətimkan tədbirinin müddəti Nəsimi rayon Məhkəməsinin qərarı ilə artırılıb. İfaçı mayın 29-dək həbsxanada qalacaq.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçınvə Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub.