Ata maşınla oğlunun üzərindən keçdi - Azərbaycanda

09 Mart, 2018 13:22 | Hadisə | Baxış sayı: 438
Bakıda piyada qəzası
Bakıda piyada qəzası

Ailə faciəsi 8 mart günü baş verib

Azərbaycanda bir anlıq diqqətsizlik faciəyə səbəb olub. Ata öv övladını maşınla vuraraq ölümünə yol açıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, hadisə Gəncədə qeydə alınıb. 

Martın 8-də, saat 08 radələrində Gəncə şəhərində yaşayan Səbuhi İsmayılov evinin qarşısında idarə etdiyi “QAZel” markalı avtomobillə yola qəflətən çıxmış oğlu, 2 yaşlı İsmayılı vurub və nəticədə uşaq hadisə yerində ölüb.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.