İki maşın toqquşdu - qadın öldü

09 Fevral, 2020 11:23 | Hadisə | Baxış sayı: 86
Təcili yardım maşını
Təcili yardım maşını

Sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar

Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

İstiPress-in məlumatına görə, hadisə rayonun Alpout kəndi ərazisində qeydə alınıb. 

Belə ki, rayon sakini Rizvan Məmmədov idarə etdiyi "VAZ-2107" avtomobillə hərəkətdə olan zaman "VAZ-2106" markalı avtomobillə toqquşub. 

Nəticədə "07"də olan rayonun Məmmədli kənd sakini Adilə Əzizova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər iki avtomobilin sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar "təcili yardım" avtomobillləri ilə xəstəxanaya çatdırlıblar. 

Faktla bağlı araşdırma aparılır.İki