Təyyarə buzlu yolda sürüşüb qara girdi VİDEO

09 Fevral, 2019 15:22 | Hadisə | Baxış sayı: 116
Qəza
Qəza

Qəza Fransadakı qış turizm mərkəzində olub

Fransada eniş edən təyyarə qar təpəsinə çırpılıb. Hadisə Alp dağlarında - qış turizm mərkəzlərindən birindəki hava limanında meydana gəlib. "Courchevel"dəki hava limanına ancaq şəxsi təyyarələr və helikopterlərin enişinə icazə verilib. 

Tək mühərrikli "Piper PA-46" tipli kiçik təyyarə burada buz bağlayan eniş zolağında sürəti tənzimləyə bilməyib. Pilot sürəti ancaq zolağın sonuna yaxın azaldıb və əyləci basıb. Lakin təyyarə dayanmayıb və o zolaqdan çıxaraq qar təpəsinə çırpılıb. 

Qəzanın görüntüsü mərkəzdə dincələnlər tərəfindən anbaan lentə alınıb. Hadisə zamanı təyyarədə 7 nəfər olub ki, onlardan da 5-i sərnişin idi. Sərnişinlər arasındakı bir qadın ciddi xəsarət alıb. Digər 4 nəfərin isə xəsarətləri yüngüldür.