Gəncə məktəbində direktorla valideyinin saçyoldusu VİDEO

09 Fevral, 2019 11:36 | Hadisə | Baxış sayı: 276
Saçyoldu
Saçyoldu

İddiaya görə, kadrlar 10 saylı məktəbdə lentə alınıb

Sosial şəbəkələrdə Azərbaycandakı məktəblərədn birində çəkildiyi iddia edilən görüntü yayılıb. Kadrlarda iki qadının əlbəyaxa davası əks edilib.

Məlumata görə, hadisə Gəncədəki 10 saylı orta məktəbdə baş verib və dalaşanlar həmin təhsil müəssisəsinin direktoru ilə şagirdlərdən birinin valideynidir. Ətrafda olanlar isə bir-birlərini  saçından tutan qadınları ayırmağa cəhd edirlər. 

Davadan sonra qadınlardan birində isterika başlayır. O, qışqıraraq ağlayır. Digərləri isə onu sakitləşdirməyə çalışırlar. 

Təhsil nazirliyindən verilən məlumata görə, yayılan videonun nə zaman çəkildiyi bilinməsə də araşdırma aparılır. “Həmin yer məktəb də ola bilər, klub və digər məkan da".