Çökən bina qurbanları artdı - 16 ölü

09 Fevral, 2019 08:57 | Hadisə | Baxış sayı: 70
Türkiyədə bina uçqunu
Türkiyədə bina uçqunu

Dağıntılar altından 1,5 və 23 yaşlı qızların meyitləri çıxarılıb

Türkiyədə çökən bina qurbanlarının sayı yenidən artıb. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, ölü sayı artıq 16 nəfərə çatıb. Bu barədə açıqlamanı daxili işlər naziri Süleyman Soylu verib. 

Onun sözlərinə görə, xilasetmə axtarış işləri 60 saata yaxındır ki, davam edir. "14 vətəndaşın öldüyü, 14-nün də yaralı olduğu bəlli idi. Amma gecə daha iki nəfərin meyiti dağıntılar altından çıxarıldı. Onlardan biri 1,5 yaşlı uşaq, digəri 23 yaşlı gənc qızdır".

Nazirin sözlərinə görə, tikinti materiallarının keyfiyyətsiz olması axtarış işlərinə mane olur. Belə ki, bəzi divarları bütöv halda qaldırmaq olur. Bəziləri isə dağılaraq yenidən yerə tökülürlər. 

Xatırladaq ki, 8 mərtəbəli bina İstanbulun Kartal səmtində uçub. Hadisə fevralın 6-da günorta saatlarında baş verib.