Balakəndə iki qardaş qəzaya düşdü, biri öldü

09 Fevral, 2019 09:57 | Hadisə | Baxış sayı: 54
Yaralı
Yaralı

"UAZ" yoldan çıxaraq aşıb

Balakən rayonunda iki qardaş yol qəzasına düşüb. İstiPress-in bölgə müxbirinin verdiyi məlumata görə, yol qəzasına düşən iki qardaşdan biri ölüb, digəri xəstəxanaya yerləşdirilib. Hadisə bu gecə şəhərin Tülü dairəsi adlanan ərazisində baş verib.

Qazma kənd sakini Eltun Hacıyev “UAZ” markalı avtomaşının idarəetməsini itirib. O, yolun kənarındakı telefon dirəyinə dəyib və avtomobil yoldan çıxaraq aşıb. Nəticədə 1994-cü il təvəllüdlü Elton Azad oğlu Hacıyev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Sürücünün kiçik qardaşı, 1997-ci il təvəllüdlü Məftun Hacıyev isə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.