Atası danlayan 9-cu sinif şagirdi özünü asdı

09 Fevral, 2019 15:10 | Hadisə | Baxış sayı: 179
İntihar
İntihar

Asəf Həsəsnov qonşunun bağında intihar edib

Biləsuvar rayonunda intihar hadisəsi baş verib. Çinarlı kəndində yeniyetmə özünü asıb. Kənd sakini, 2004-cü il təvəllüdlü Asəf Xeyrulla oğlu Həsənov özünü qonşunun bağında ağacdan asaraq, intihar edib. 

İntihara ilkin səbəb kimi Asəfi atasının danlaması göstərilir.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, A.Həsənov Çinarlı kənd tam orta məktəbinin 9-cu sinifdə təhsil alırmış.