Ana yeni doğulan uşağını boğub tualetə atdı

09 Fevral, 2019 16:00 | Hadisə | Baxış sayı: 170
Doğulan kimi boğulan körpə
Doğulan kimi boğulan körpə

Nişanlısından hamilə qalan qadın uşağı ailəsindən gizlətmək istəyib

Türkiyədə qandonduran hadisə baş verib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Qaziantepdə ayaqyolunda doğuş edən qadın körpəni öldürüb. İddiaya görə, qadın öncə dünyaya gətirdiyi körpəni boğub, sonra isə onu tualetə atıb. 

Nişanlısından hamilə qadan T.B adlı qadın ailəsi ilə yaşadığı evdə doğuşu təkbaşına həyata keçirib. Ailəsinin xəbər tutmaması üçün doğulan qızını boğub. Lakin hamam otağından gələn körpə səsini onun ata-anası eşidib. Tualetdə uşağı görən ailə dərhal təcili yardıma xəbər verib. Həkimlər uşağın öldüyünü müəyyən ediblər. 

Uşağın meyiti tibbi ekspertizaya, onu boğan anası isə xəstəxanaya yerləşdirilib.