Azərbaycanlıların tətildə axışdığı ölkədə 13 nəfər "donuz qripi"ndən öldü

09 Yanvar, 2019 09:34 | Hadisə | Baxış sayı: 33
H1N1
H1N1

Bu barədə Gürcüstan mətbuatı məlumat yayaıb

Azərbaycanın ən yaxın qonşusu olan Gürcüstanda "donuz qripi" qurbanlarının sayı dayanmadan artır. Son məlumata görə, artıq 13 nəfər A(H1N1) virusu nəticəsində dünyasını dəyişib. "Rustavi" kanalının məlumatına görə, virusun yayılması səbəbindən ölkənin bütün böyük klinikaları karantin elan edib. Tibb müəssisələri fövqəladə rejimdə fəaliyyət göstərir.

Son məlumatlara görə, laboratoriya şəraitində H1N1 virusuna 162 yoluxma halı qeydə alınıb.

Lakin Səhiyyə Nazirliyinin  xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamkrelidze 10 ölüm faktının qeydə alındığını deyib. Nazirlikdən verilən məlumatda qeyd edilir ki, ölüm hallarının səbəbi yoluxanların xroniki xəstəliklərinin olması, həkimə vaxtında müraciət etməmələridir.