Metroda intihar etmiş gənc müğənni imiş - VİDEO, FOTO

09 Yanvar, 2018 16:45 | Hadisə | Baxış sayı: 435
Rəşad Mustafazadə Bakıda
Rəşad Mustafazadə Bakıda

Dünən axşam saatlarında metroda intihar etmiş gənc müğənni imiş.

İstiPress-in məlumatına görə, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu bir çox dövlət tədbirlərində, toylarda mahnı ifa edən Mustafazadə həm də skripka dərsləri almağa başlayıbmış.

"Facebook" səhifəsindəki paylaşımlarından görünür ki,  bir neçə xarici dil bilən Rəşad "Glamour Center MMC" tur şirkətinin direktoru olub. O, hətta bir neçə gün öncə Qəbələyə tur təşkil edib. 

Rəşad dünən qatar “Ulduz” stansiyasına daxil olarkən özünü qatarın altına atıb.

Rəşad Mustafazadə toyda
Rəşad Mustafazadə
Rəşad Mustafazadə