Bakıda otelə üç fahişə gətirmiş ərəb öldü

09 Yanvar, 2018 16:22 | Hadisə | Baxış sayı: 482
Bakıda fahişə - ARXİV
Bakıda fahişə - ARXİV

Bakı otellərindən birində Küveyt vətəndaşı ölüb. Bu barədə Nərimanov rayonunun hüquq-mühafizə orqanlarından bildiriblər.

İstiPress-in məlumatına görə, yanvarın 8-də bu rayon ərazisində yerləşən “Ariva” otelində 56 yaşlı Məsfər Oma Alshelahi vəfat edib. İlkin məlumatlara görə, turist ürək-damar çatışmazlığı üzündən keçinib.

Araşdırma zamanı məlum olub ki, ölümünə az qalmış Küveyt vətəndaşı mehmanxanadakı otağına birdən-birə üç fahişə gətirib. O, elə qadınların gözü qarşısında dünyasını dəyişib. Pul müqabilində seksual xidmətlər göstərən qadınlar isə kişinin öldüyünü bilən kimi otağı tərk ediblər.

Məlum olduğuna görə, kriminalistlər turistin üzərində və otaqda pul aşkarlamayıblar. Ehtimal olunur ki, otağa dəvət olunan fahişələr pulları özləri ilə aparıblar. Fakt üzrə araşdırma davam etdirilir.