Masallıda dörd məsciddən oğurluq edən şəxs saxlanılıb (FOTOLAR)

09 Yanvar, 2017 13:17 | Hadisə | Baxış sayı: 154
Məscid
Məscid

O, məscidlərdən birindən 106 manat pul oğurlayıb

Masallıda dörd məsciddən oğurluq  edən şəxs  saxlanılaraq polisə təhvil verilib

İstiPress-in Cənub bürosunun məlumatına görə, oğurluq hadisəsi rayonun  Ərkivan qəsəbəsində , Dəmirçi və Qızılavar  kəndlərində qeydə alınıb. Oğru Dəmirçi kənd məscidinə girərək oradan  yas mərasimləri üçün istifadə olunan 4 mis qazan , Qızılavar kəndində yerləşən məsciddən 4 qazan, Ərkivan qəsəbəsində  yerləşən Bağlaküçə məscidindən isə səs gücləndirici və iki selofan paketlə dolu olan pambıq oğurlayıb. Sonuncu oğurluq hadisəsi isə Şahsəfi məscidində qeydə alınıb.

Məscidin İmamı Fikrət Nəzərovun  sözlərinə görə, ötən gün namaz vaxdı tanımadıqları cavan bir oğlan namaz mərasimi bitdikdən sonra nəzir qutusunu sındıraraq içində olan 106 manat nəğd pulu oğurlayıb. Məscidin  imamı yaxınlıqdakı insanların köməyi ilə oğrunu yaxalayaraq polisə təhvil verib.

Masallı rayon polis şöbəsindən aldığımız məlumata görə artıq hadisəni törətmiş şəxs saxlanılıb və  onun  başqa cinayətlərdə iştirakı araşdırılır. Sakinlərin bildirdiyinə  görə oğurluq hadisəsini törədən şəxs rayonun Seybətin kənd sakini Ağahüseyn Ramiz oğludur.

Faktla bağlı rayon polisində  araşdırmalara başlanılıb.