Britaniyanın "Oksford"u Bakıda uzun tıxac yaratdı - FOTO

09 Yanvar, 2017 16:08 | Hadisə | Baxış sayı: 83
Abbasqulu Abbaszadə küçəsində yaranan tıxac
Abbasqulu Abbaszadə küçəsində yaranan tıxac

Məktəbdə valideyn iclasının olması küçədə hərəkəti xeyli çətinləşdirib

Bakıda uzun tıxac yaranıb. İstiPress-in məlumatına görə, Milli Məclisin arxa tərəfində olan Abbasqulu Abbaszadə küçəsində yaranan 40 dəqiqəyə yaxın davam edib.

Tıxacın yaranmasına səbəb Böyük Britaniyanın Azərbaycanda fəaliyyət gösətərən, yuxarıda qeyd edilən küçədə yerləşən "Oksford" məktəbində valideyn iclasının keçirilməsidir.

Belə ki, valideynlər iclasa avtomobillə gəldiyi üçün onlar maşınlarını məktəbin qarşısında park ediblər. Bu isə küçədə süni tıxacın yaranmasına səbəb olub.

Onu qeyd edək ki, şagirdlərin iclasına gələn valideynlərdən bir çoxu bəzi dövlət qurumlarının xidməti avtomobilləri ilə gəliblər.

Valideynlərin məktəblərə uşaqların arxasınca şəxsi və ya xidməti avtomobillərlə gəlməsi və bunun süni tıxaclara səbəb olması dəfələrlə KİV-də işıqlandırılsa da təəssüf ki, nəticə vermir.

FOTO: Aydın İsmayılov