Bakıda oğrular hərbi hissəni rabitəsiz qoydu

09 Yanvar, 2017 18:15 | Hadisə | Baxış sayı: 80
Məftil oğurluğu
Məftil oğurluğu

Saxlanılanlar məftili oğurladıqdan sonra onu yandırıblar

Bakıda oğrular hərbi hissəni rabitəsiz qoyub. İstiPress Xəzər Rayon Polis İdarəsinə istinadən xəbər verir ki, Xaşaxuna yaşayış massivində 100 metr uzunluğunda məftil kəsilib, hansı ki N saylı hərbi hissəni rabitə ilə təmin edirmiş.

Aparılan operativ-axtarış tədbirlər nəticəsində əməliyyatçılar şübhəli şəxs qismində iki nəfəri saxlayıblar. Onlar Zirə qəsəbə sakinləri Tacir Məmmədov və Kənan Şirinovdur.

Məlum olub ki, saxlanılanlar məftili oğurladıqdan sonra onu yandırıblar ki, əlvan metal qəbulu məntəqəsinə versinlər.