Arvad qohumları onu bıçaqladı

09 Yanvar, 2017 03:11 | Hadisə | Baxış sayı: 46
Sabirabadda bıçaqlanma hadisəsi baş verib
Sabirabadda bıçaqlanma hadisəsi baş verib

Sabirabadda ailələrarası qanlı dava

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

İstiPress-in cənub bürosunun verdiyi xəbərə görə, hadisə axşam saatlarında rayonun Çığırqan kəndində qeydə alınıb.

Kənd sakini, 37 yaşlı Təhmasib Səfərov bıçaq xəsarətləri ilə Salyan Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

İlkin məlumata görə, Təhmasib Səfərov yoldaşının əmisi oğlu və bacanağı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.