Ağır yol qəzası 20 nəfərin ölümünə səbəb olub

09 Yanvar, 2017 04:37 | Hadisə | Baxış sayı: 29
Ağır yol qəzası 20 nəfərin ölümünə səbəb olub
Ağır yol qəzası 20 nəfərin ölümünə səbəb olub

Haitidə baş vermiş bu hadisə zamanı onlarla insanın yaralandığı bildirilir

Haitidə ağır yol qəzası baş verib.

İstiPress-in TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Monte-Lakret yaşayış məntəqsində qeydə alınıb.

Dağ yolunda sərnişin avtobusu ilə yük maşının toqquşması nəticəsində azı 20 nəfər ölüb. Onlarla insanın yaralandığı bildirilir. Xəsarət alanlar Artibonit departamentinin tibb məntəqələrinə çatdırılıb.

Qəzanın səbəbləri barədə məlumat verilmir.