Oğlunun qəzada öldüyünü zənn etdi - ürəyi partladı

08 Dekabr, 2019 10:54 | Hadisə | Baxış sayı: 115
Xəstəxana
Xəstəxana

Hadisə gecə saatlarında baş verib

İsmayıllıda yol qəzası baş verib.

İstiPress-in məlumatına görə, hadisə gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunda baş verib. İlkin məlumatlara görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb, üç nəfər ağır yaralanıb. Xəsarət alanlar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanada daha bir ölüm hadisəsi baş verib. Belə ki, yaralılardan birinin qohumu qəzada oğlunun öldüyünü zənn edərək infarkt keçirib. Xəbəri qəfil eşidən və ürək xəstəsi olan kişinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.