Gənc qadının meyiti minik maşının üstündə aşkarlandı

08 Dekabr, 2019 10:32 | Hadisə | Baxış sayı: 96

27 yaşlı qadının meyiti aidiyyəti üzrə təhvil verilib

Fövqəladə Hallar Nazirliyin "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının qarşısında dayanan minik avtomobilinin banından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

İstiPress-ə FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1992-ci il təvəllüdlü Ötümova Sevinc İlham qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.