İstanbulda 66 yaşlı sevgilisi azərbaycanlı həkimi güllələməyə belə getdi VİDEO

08 Noyabr, 2019 09:50 | Hadisə | Baxış sayı: 257
66 yaşlı iş yeri sahibi
66 yaşlı iş yeri sahibi

İş yeri sahibi ilə 35 yaşlı qadın arasındakı mübahisəyə səbəb qısqançlıq olub

İstanbulda azərbaycanlı qadın həkimin sevgilisi tərəfindən güllələnməsinin bəzi detalları üzə çıxıb. Türkiyə mətbuatında yer alan məlumata görə, iki həkim arasındakı mübahisəyə səbəb qısqançlıq olub.

Tibb mərkəzinin sahibi olan 66 yaşlı Cəlal Tosunoğlu eyni iş yerində çalışdığı və 3 yaşlı övladının anası olan 35 yaşlı azərbaycanalı həkim Aida Xasıyeva ilə dava edib. 

İddiaya görə, iş yeri sahibi birlikdə yaşadığı qadının maşınına yeri müəyyən edən cihaz taxıb və "haradasan?" sualına doğru cavab almadığı üçün qısqanlıq böhranı yaşayıb.

Evli olduğu qeyd edilən Tosunoğlunun belində xəstəxanaya gəldiyini əks etdirən kamera görüntüləri də üzə çıxıb. O, ilk öncə sevgilisinin iş otağının qapısını döyür, lakin qapını açan olmayıb. 

Dava zamanı güllə yarası alan qadının vəziyyəti ağırdır, onun həyati təhlükəsi davam edir.