Azərbaycanın cənub qonşusunda güclü zəlzələ, ölənlər var

08 Noyabr, 2019 08:50 | Hadisə | Baxış sayı: 120
İranda zəlzələ
İranda zəlzələ

İranda baş verən təkanlar Lənkəran, Lerik, Masallıda da hiss edilib

Azərbaycanın cənub qonşusu yenə zəlzələ fəlakətini yaşayıb. İstiPress-in məlumatına görə, İranın şimal-qərbində, Şərqi Azərbaycan vilayətində  gücü 5,8 bal olan yeraltı təkanlar qeydə alınıb.

Son məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 5-ə çatıb. 120 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Təkanların episentri 1,4 milyondna artıq insanın yaşadığı Təbrizdən 118 km aralıda 10 km dərinlikdə yerləşib. Əsas təkandan sonra gücü 4,1-4,8 bal arasında dəyişən afterşoklar da qeydə alınıb.

Xatırladaq ki, İranda baş verən zəlzələ Azərbaycanda da hiss edilib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 02:47-də İran ərazisində maqnitudası 6 bal olan zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında ( Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı) hiss olunub.