Şəmkirdə kişi yeni evləndiyi 18 yaşlı qadını baltaladı

08 Noyabr, 2018 09:14 | Hadisə | Baxış sayı: 224
Baltalı şəxs
Baltalı şəxs

30 yaşlı kişi sonra da özünü asıb

Şəmkir rayonunda həyat yoldaşına baltayla xəsarət yetirən ər intihar edib. Hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

Rayon sakini, 1988-ci il təvəllüdlü Ələkbər Müzəffər oğlu Əliyev həyat yoldaşı, 2000-ci il təvəllüdlü Nərmin Mehdixanovaya baltayla xəsarət yetirdikdən sonra özünü asıb. Onun meyiti yaşadıqları evin həyətindəki xurma ağacından asılı vəziyyətə tapılıb.

İlkin məlumatlara görə, N.Mehdixanova ilə Ə. Əliyev yeni ailə qurublar. Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Qeyd edək ki, N.Mehdixanova Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.