İcra nümayəndəsi avtomobillə gölə düşüb boğuldu - FOTO

08 Noyabr, 2018 17:58 | Hadisə | Baxış sayı: 1336

56 yaşlı kişi idarəetməni itirib

Qusar rayonunun Yasab kəndi ərazisində sürücü Vəlixan Vəlixanovun ölümü ilə nəticələnən qəzada yaralanan 2 sərnişin - Cibir kənd sakinləri - ər və arvad - 54 yaşlı Vahid Abdulhəsən oğlu və 53 yaşlı Nabisat Elçi qızı Mürsəlovlar  ağır xəsarətlərlə Qusar rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıblar.

Qəzanın baş vermə səbəbləri və icra nümayəndəsi Vəlixan Vəlixanovun ölümünün səbəbləri təyin edilmiş ekspertizalardan sonra məlum olacaq.

Fakta görə cinayət işi açılıb.

17:18

Qusarda icra nümayəndəsi qəzada öldü.

İstiPress-in şimal bürosunun məlumatına görə, hadisə Qusar-Həzrə yolunun 16-cı km-də - rayonun Yasab kəndi ərazisində baş verib. Həzrə kənd sakini, Qusar icra başçısının Həzrə İƏD üzrə nümayəndəsi Vəlixan Vəlixanov idarə etdiyi "Opel"markalı avtomobillə Qusardan Həzrə istiqamətinə gedərkən avtomobil yolun solundakı gölə düşüb.

Nəticədə avtomobilin içində olan sürücü, 56 yaşlı Vəlixan Vəlixanov suda boğularaq ölüb. Avtomaşında olan daha 2 sərnişin xəstəxanaya çatdırılıb.