Yol polisi qadını belə xilas etdi VİDEO

08 Oktyabr, 2019 13:40 | Hadisə | Baxış sayı: 65
Yol polisi
Yol polisi

Hacıqabulda xəstə qadın xarab olan maşında köməksiz qalıb

Hacıqabul Rayon Polis Şöbəsi DYPB-nin əməkdaşları vətəndaşın həyatını xilas ediblər. DİN-dən verilən məlumata görə, polis əməkdaşları ərazidə xidmət apararkən avtomobili nasaz vəziyyətdə olan vətəndaş onlardan kömək istəyib. O, maşında bir qadının özünü pis hiss etdiyini bildirib.

Polis əməkdaşları dərhal həmin qadını xəstəxanaya çatdırıblar. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra qadının səhhəti normallaşıb.