Qaxda partlayış, yaralılar var

08 Oktyabr, 2019 12:29 | Hadisə | Baxış sayı: 87
Usta
Usta

Hadisədən sonra 6 nəfərə xəstəxanaya yerləşdirilib

Qaxda partlayış baş verib. İstiPress-in bölgə müxbirinin verdiiy məlumata görə, hadisə bu gün səhər saatlarında Qax Kommunal Müəssisələri Kombinatının işçiləri şəhər ərazisində qazıntı aparan zaman baş verib. Nəticədə 4 işçi xəsarət alıb. Onlar dərhal Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılar aşağıdakılardır: 

Nuroşvili David Zazayevic -1988-ci il təvəllüdlü;

Beroşvili Sardion Rapo - 1993-cü il təvəllüdlü;

Papiaşvili Beka Zurayeviç - 2001-ci il təvəllüdlü;

Zeynalaşvili Csmali Sndreeyeviç - 1971-ci il təvəllüdlü.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, isə 6 nəfər Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

“Onlardan 4-nün vəziyyəti yüngül, 2-sinin vəziyyəti isə orta-ağır stabildir. Həkimlərin bildirdiyinə görə xəstələrin həyati təhlükəsi yoxdur”.