Dünyanın ən gözəl qadını ən çətin günlərindən danışdı: "Özümü tanıya bilmirdim"

08 Oktyabr, 2019 14:51 | Hadisə | Baxış sayı: 94
Ancelina Coli
Ancelina Coli

Coli illər sonra sakitliyini pozdu

10 illik sevgilərini 2014-cü ildə rəsmiləşdirən, birlikdə 3-ü doğma olmaqla 6 uşaq böyüdən dünyanın ən məşhur cütlüyü evlilikdən cəmi 2 il sonra qalmaqallı şəkildə yollarını ayırdı. Ancelina Coli ilə Bred Pitin ayrılığı bütün dnüyanı şoka sala bilmişdi. Cütlük 6 övladın himayəçiliyi uğrunda uzun müddət mübarizə aparmalı oldu. Lakin onlardan heç biri - nə dünyanın ən cazibədar qadını olan Coli, nə də ən yaraşıqlı kişi adının sahibi Pitt illərlə mətbuata açıqlama vermədi. 

Bu günlərdə rol aldığı "Malifesenta" filminin 2-ci hissəsi təqdim edilən Coli ilk dəfə olaraq ayrılıq dövründən danışıb. O, yollarını ayırmağa qərar verdikdə özünü boşluqda, itmiş kimi hiss edib.

"Çox dərin bir kədərin içində idim. Taleyin nə olduğunu bilmirdim. Amma bir yenilik-qayıdış içərisində idim. Özümə qayıdırdım, çünki itmişdim. Zənnimcə bred ilə münasibətlərimizin sonu idi və ayrıldıq. Özümü tanıya bilmirdim. Xoşbəxtliyi yenidən tapmağa məcbur idim".