FHN helikopterlə axtarışa başlayıb
Azərbaycanda 4 balıqçı itkin düşüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.
Axtarışlara FHN-in Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.
İddiaya görə, qətli ana və bacısının həyat tərzindən narazı olan oğlan törədib
Uşaqların da yaralandığı qəzaya səbəb sürücüsünün sükan arxasında yatması olub
Məktəb binasının 2-ci mərtəbəsi yararsız hala düşüb
Onun bank hesabına 37 milyon dollar köçürülüb
Cəlilabad polisi əməliyyatla saxladığı kişinin silahı və narkotikini də aşkar edib